SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusa yoluxanların sayı 350 000-i ötüb

Dünyada koronavirusa yoluxanların sayı 350 000-i ötüb
23-03-2020, 17:04

Dünyada koronavirus daşıyıcılarının sayı 350 457 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi Çin (81 093), İtaliya (59 138), ABŞ (35 070), İspaniya (33 089) və Almaniyada (26 220) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 192 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 15 315 nəfərdir. Sağalanların sayı isə 100 354 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930