SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio olimpiadasının məşəli Yaponiyada alovlandırıldı

Tokio olimpiadasının məşəli Yaponiyada alovlandırıldı
20-03-2020, 10:16

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli bu gün təhlükəsiz şəkildə Yaponiyaya çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə yerli ictimai televiziya xəbər yayıb.

Bildirilib ki, məşəli Yunanıstandan gətirən təyyarə Miyagi bölgəsinə planlaşdırılmış vaxtdan 1 saat tez çatsa da, güclü külək tədbirin xeyli gec başlamasına səbəb olub.

Mərasimdə Tokio-2020-nin Təşkilat Komitəsinin sədri Yesiro Mori, Yaponiya Milli Olimpiya Komitəsinin sədri və yerli cüdo federasiyasının prezidenti Yasuxiro Yamasita, cüdo üzrə 3 qat olimpiya çempionu Tedaxiro Nomura və sərbəst güləş üzrə 3 qat olimpiya çempionu Saori Yesidaiştirak ediblər. Rəsmi şəxslərin çıxışlarından sonra T.Nomura və S.Yesida birlikdə məşəli alovlandırıblar.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılma mərasimi martın 12-də keçirilib. Həmin tədbir də ilk dəfə azarkeşsiz baş tutub. İyulun 24-də start götürməsi planlaşdırılan Tokio olimpiadası avqustun 9-da başa çatacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930