SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində 700-dən çox insan koronavirusdan sağalıb

Çində 700-dən çox insan koronavirusdan sağalıb
20-03-2020, 09:09

Son gün ərzində Çində koronavirusdan üç nəfər dünyasını dəyişib. 

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Məlumata görə, virusa yoluxanların sayı 39 nəfər artıb, daha 730 nəfər sağalıb.

Komitə bildirib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 80900 nəfərə çatıb, onlardan 71 000 nəfəri sağalıb, 3 248 nəfər ölüb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib. 

Mütəxəssislər xəstəliktörədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031