SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Apple” yeni cihazlarını açıqlayıb

“Apple” yeni cihazlarını açıqlayıb
18-03-2020, 19:54

"Apple" şirkəti "iPad" və "MacBook Air" seriyalarına aid yeni cihazlarını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM "Kommersant"a istinadən xəbər verir ki, yeni "iPad Pro" cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 12 və 10 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.

Yeni "iPad"ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.

ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq "iPad Pro" 11 düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.

13 düyümlük "MacBook Air" isə 4 nüvəli "İntel Core i7" prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930