SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio olimpiadasının təxirə salınması təklif olundu

Tokio olimpiadasının təxirə salınması təklif olundu
18-03-2020, 19:11

İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blankokoronavirus pandemiyasına görə yaranmış vəziyyətlə bağlı Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasını məqsədəuyğun sayır.

NAXCİVANXEBERLERİ.COM-un "Reuters"ə istinadən məlumatına görə, qurum rəsmisi baş verən hadisələrin bütün dünya ölkələrində narahatlıq yaratdığını bildirib.

A.Blanko deyib ki, bəzi turnirlərin təxirə salınması məşq etmək imkanı olmayan bir çox idmançını çətin vəziyyətdə qoya bilər: "Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya Səhiyyə Təşkilatından yeni məlumat aldıqdan sonra qərar qəbul edəcək. Tokio olimpiadasının keçirilməsini istəyirik. Amma ilk növbədə lazımi təhlükəsizlik tədbirləri alınmalıdır".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) dünən milli olimpiya komitələri ilə məsləhətləşmədən sonra Oyunların nəzərdə tutulan vaxtda keçiriləcəyini açıqlayıb. XXXII Yay Olimpiya Oyunları 24 iyul - 9 avqustda təşkil olunmalıdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930