SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq
17-03-2020, 21:08

Gürcüstanda koronavirus epidemiyası zamanı karantin və özünütəcrid qaydalarının pozulmasına görə sanksiyalar tətbiq olunacaq.

Bununla bağlı Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlayıb.

Sənədə əsasən, karantin qaydalarını pozan fiziki şəxslər 3 min lari (1 074 ABŞ dolları), hüquqi şəxslər isə 15 min lari (5 375 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.

Cərimənin ödənilməsindən asılı olmayaraq, qaydaları pozanlar məcburi qaydada karantin yerinə qaytarılacaqlar.

Qaydaları pozanlar bu hala təkrar yol verdikləri halda 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Karantin qaydalarını Gürcüstan hökuməti təsdiq edəcək. Qanun dəyişiklikləri parlamentə mart ayının sonunda daxil olacaq. Report

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930