SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu

Polşada koronavirusa qarşı tədbirlərə hərbçilər də cəlb olundu
13-03-2020, 23:19

Polşada COVİD-19 virusunun törətdiyi xəstəliyə qarşı mübarizə tədbirlərinə hərbçilər də cəlb olunub.

NAXCİVANXEBERLERİ.COM RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Ərazi müdafiə qüvvələri dövlət sərhədi boyu keçirilən yoxlamalarla bağlı tədbirlərə cəlb edilərək buraxılış məntəqələrində mülki qurumların fəaliyyətinə dəstək verir. Həmçinin hərbçilər 14 hava limanında Polşaya gələn sərnişinlərin hərarətini ölçməkdə, yerləşmə kartlarının toplanaraq çeşidlənməsində də iştirak edirlər” - deyə qeyd edilir. 

Bildirilir ki, tibbi ixtisasa malik 1 100-dək hərbçi koronavirusla mübarizəyə kömək etməyə hazırdır.

Son məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 64 nəfərdir ki, bunların arasında silahlı qüvvələrin baş komandanı general-leytenant Yaroslav Mika da var. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930