SON DƏQİQƏ

naxcivanxeberleri.com

İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötdü

İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötdü
9-03-2020, 22:56

Son gün ərzində İtaliyada koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. “Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir", - Borelli keçirdiyi brifinqdə qeyd edib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930