SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötdü

İranda koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötdü
8-03-2020, 16:22

İranda koronavirusdan ölənlərin sayı 190 nəfəri ötüb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin və Tibbi təhsilin ictimaiyyətlə əlaqələr üzrə departamentinin rəhbəri Kiyanuş Cahanpur bildirib.

O, qeyd dib ki, ölkədə koronavirusa yoluxanların sayı 6,5 min nəfəri ötüb.

"Dünəndən koronavirusa 743 yeni yoluxma hadisəsi aşkarlanıb. Bununla da virusa yoluxanların ümumi sayı 6 566 nəfərə çatıb", - deyə Kiyanuş Cahanpur bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, virusdan 194 nəfər ölüb.

Daha əvvəl ölkədə 5 823 nəfərin virusa yoluxduğu, 145 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031