SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada koronavirusdan ölənlərin sayı 11-ə çatdı

Fransada koronavirusdan ölənlərin sayı 11-ə çatdı
7-03-2020, 19:19

Fransada koronavirusdan ölənlərin və ona yoluxanların sayı artmaqda davam edir.

Bu gün ölkədə daha iki nəfər infeksiyanın qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11-ə çatıb.

Bundan başqa, Fransada koronavirusa yoluxma halları bir sutkadan da az vaxtda 613-dən 716-ya çatıb.

Yeni virusa yoluxanlar arasında fransalı deputat Jan-Lük Reitzer və La Balme-de-Sillingy şəhərinin meri də var. Jan-Lük Reitzer Fransa Parlamentində Fransa-Azərbaycan Dostluq Qrupunun üzvüdür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 975 çatıb. Bunların 58 527 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031