SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır
7-03-2020, 09:11

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 600, bu virus səbəbindən ölənlər isə 3 070 nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 99 yoluxma, 28 ölüm faktı qeydə alınıb.

1 678 nəfər sağalaraq xəstəxananı tərk edib. Ümumilikdə isə 55 400nəfər sağalıb. 

Eyni zamanda, Çinin 31 bölgəsinin əksəriyyətində bir neçə gündür yeni yoluxma halları qeydə alınmayıb. 

Yenilənmiş məlumatlara görə, Çində koronavirusdan rəsmi ölüm nisbəti 3,77 faizdən 3,8 faizə düşüb. 

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031