SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Moskva razılaşmasından danışdı

Ərdoğan Moskva razılaşmasından danışdı
6-03-2020, 17:39

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində atəşkəsin təmin edilməsindən danışıb. 

NAXCİVANXEBERLERİ.COM-un “Anadolu”ya istinadən məlumatına görə, dövlət başçısı bildirib ki, Suriyadakı hadisələrin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərə mənfi təsir etməməlidir. 

"Ona görə də bu gün önəmli bir addım atdıq və atəşkəsə razılaşdıq. Həmin razılaşmadakı üç maddə önəmlidir. Atəşkəs bizə bir neçə sahədə dividentlər verəcək. Birincisi, ölkəmizin hüdudları rejim və terror hücumlarından daha təhlükəsiz vəziyyətə gətirilir. İkincisi, İdlib bölgəsində həyatın stabilləşməsi və normallaşmasına zəmin yaranır. Üçüncüsü, orada olan hərbçilərimizin təhlükəsizliyi təmin edilir. Dördüncüsü isə mülki şəxslərin qorunması üçün önəmli bir addım atılmış oldu", - o deyib. 

Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsin nəzarət altında saxlanılması üçün Rusiya ilə təmasda olacaq: "Məqsədimiz Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsindəki Suriyadakı vətəndaş müharibəsinə son qoymaqdır. Buraya gələrkən məqsədimiz atəşkəsi təmin etmək idi və bunu edə bildik. Bununla belə, rejimin hər cür hücumlarına hazır vəziyyətdə olacağıq. Bu məsələdəki qətiyyətimizi son bir həftədə rejimə göstərmişik”. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930