SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ-da koronavirusdan ölənlərin sayı artdı

ABŞ-da koronavirusdan ölənlərin sayı artdı
3-03-2020, 18:10

ABŞ-da daha 3 nəfər koronavirusun qurbanı olub.

NAXCİVANXEBERLERİ.COM NBC-yə istinadən xəbər verir ki, ölkədə koronavirus infeksiyasından ölənlərin sayı 6-ya çatıb.

Qeyd edək ki, ABŞ-da indiyədək 103 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930