SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Washington Post": Suriyada əlacsız qalan insanların tək ümidi Türkiyədir

27-02-2020, 14:21

ABŞ-ın məşhur “Washington Post” qəzeti Qərb ölkələrinin Suriyada davam edən vətəndaş müharibəsinə laqeyd qaldığını yazıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, qəzetin bugünkü baş yazısında İdlibdəki insanlıq dramından bəhs edilib.

Qəzetdə Qərb hökumətlərinin Suriyada davam edən vətəndaş müharibəsindən bezar olduğu, başlarının daxili gündəmdəki qütbləşməyə qarışdığına görə diqqətin çəkildiyi vurğulanıb.

Yazıda həmçinin 900 min köçkünün Bəşşar Əsəd rejimi və Rusiya hücumlarından qaçaraq Türkiyə sərhədinə sığındığı bildirilir:

“Oradakı əlacsız qalan insanların tək ümidi son həftələrdə bölgəyə minlərlə hərbçi, tank və top göndərən Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğan Bəşşar Əsəd rejiminin bu həftəsonunadək geri çəkilmədiyi təqdirdə hücum edəcəyini bəyan edib”.

Bundan əlavə, yazıda ABŞ və Avropa ölkələri Suriyada insanlıq dramına son qoyulması naminə Prezident Vladimir Putinə qarşı birləşməyə çağırılır: “ABŞ və Avropa ölkələrinin Putinə hücumları dayandırması, atəşkəsi təmin etməsi və humanitar yardımın İdlibə çatdırılmasını təmin etmək üçün təcili təzyiq etməsi vacibdir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031