SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi
27-02-2020, 14:11

Səudiyyə Ərəbistanı Məkkə və Mədinədəki müqəddəs yerləri ziyarət etmək istəyən zəvvarların ölkəyə girişinə müvəqqəti qadağa qoyub.

NAXCİVANXEBERLERİ.COM “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik müvəqqəti qadağanı COVID-19 koronavirusunun ölkəyə gətirilməsinin qarşısını almaq zəruriliyi ilə izah edib.

Həmçinin yeni növ koronavirusun artıq qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları üçün turist vizalarının verilməsi də müvəqqəti olaraq qadağandır.

Bundan əlavə, səlahiyyətlilər həmvətənləri və Körfəz Əməkdaşlıq Şurasında iştirak edən ölkələrin sakinləri üçün ölkəyə giriş-çıxışı məhdudlaşdırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031