SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir

İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir
26-02-2020, 18:07

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir.

NAXCİVANXEBERLERİ.COM “Iran International” telekanalına istinadən xəbər verir ki, ölkədə 88 nəfər koronavirusdan ölüb.

Telekanal İranın Gülüstan əyalətinin Minudəşt şəhərindəki xəstəxanada koronavirusdan ölən şəxsin meyitinin təhvil verilməsinin görüntülərini yayıb.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 19 nəfərin koronavirus infeksiyasından öldüyünü və 139 nəfərə koronavirus diaqnozu qoyulduğunu təsdiqləyib. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi və Tehran şəhərinin deputatı Mahmud Sadiqinin də koronavirusa yoluxduğu açıqlanıb.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 770 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 279-dan çoxdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930