SON DƏQİQƏ

naxcivanxeberleri.com

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi

İranda məktəb və universitetlər bağlanır - Komitə qərar verdi
25-02-2020, 12:30

İran parlamentinin səhiyyə komitəsi fövqəladə iclasında məktəb və universitetlərin bağlanmasını qəbul edib.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, bunu İran parlamentinin səhiyyə komitəsinin sədri Əli Nobəxt Həqiqi deyib. Onun sözlərinə görə, komitə 3 aprelədək məktəb və universitetlərin bağlanmasını parlamentin sədrinə təklif edib.

Nobəxt əlavə edib ki, bu qərar yekun şəkildə qəbul edilərsə, yeni koronavirusun yayılması azalacaq.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 60-dan çox şəxsin yeni koronavirusa yoluxduğunu və 12 nəfərin həlak olduğunu təsdiqləyib. Koronavirusa yoluxma şübhəlisinin sayı isə 900 nəfəri keçib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031