SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb
25-02-2020, 11:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dövlət başçısı səfərə yola düşməmişdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin də imzalanacağı bildirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930