SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Sony”nin səhmləri kəskin ucuzlaşıb

“Sony”nin səhmləri kəskin ucuzlaşıb
4-02-2019, 15:23

Yaponiyanın “Sony" şirkətinin səhmlərinin qiyməti 8,9% aşağı düşüb.

NAXCİVANXEBERLERİ.COM "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, son 3-4 il ərzində ən kəskin ucuzlaşmadır.

Qiymət azalmasına səbəb şirkətin rüblük maliyyə göstəricilərinin proqnozları doğrultmamasıdır.

Belə ki, 2018-2019-cu maliyyə ilinin III rübündə "Sony" proqnozlardan 100 mln. dollar çox - 3,4 mlrd. dollar əməliyyat mənfəəti əldə etsə də, onun ümumi dövriyyəsi 10% azalaraq 21,9 mlrd. dollara düşüb. Bundan başqa, rüb ərzində şirkətin oyun cihazlarının satışından mənfəəti 14% azalaraq 666 mln. dollar təşkil edib.

Son nəticədə "Sony" maliyyə ili üzrə mənfəət proqnozunu 79,4 mlrd. dollardan 77,6 mlrd. dollara endirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829