SON DƏQİQƏ

naxcivanxeberleri.com

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı

Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
22-02-2020, 10:22

Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.

NAXCİVANXEBERLERİ.COM SPA-ya istinadən xəbər verir ki, rəsmi Ər-Riyad İranda səfərdə olmuş Səudiyyə Ərəbistanı vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşlarının ərazisinə girişini yasaqlayıb. Həmin şəxslərin yalnız İranı tərk etdikdən 14 gün sonra Səudiyyə Ərəbistanına girişinə icazə veriləcəyi bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti həmçinin İrana aviareyslərin təxirə salındığını da açıqlayıb. Bundan əvvəl Küveyt və İraq da oxşar addımları atmışdı.

Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i ölüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930