SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə İdlibdə hərbi əməliyyata başladı

Türkiyə İdlibdə hərbi əməliyyata başladı
20-02-2020, 15:45

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşşar Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

NAXCİVANXEBERLERİ.COM “Halab Today”ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930