SON DƏQİQƏ

naxcivanxeberleri.com

İki şirkət gələn il dünya orbitinə səyahət turlarına start verəcək

İki şirkət gələn il dünya orbitinə səyahət turlarına start verəcək
19-02-2020, 12:37

“SpaceX” və “Space Adventures” kosmos turizm şirkəti 2021-ci ildə turistləri dünya orbitinə aparacaq səfərlərə start verəcəyi barədə elan edib.

NAXCİVANXEBERLERİ.COM “Sputnik”ə istinadən xəbər verir ki, turistlər “Crew Dragon” adlı kapsulda səyahət edəc əklər.

“SpaceX” rəhbəri Qvinn Şotvell “Space Adventures” şirkəti ilə əməkdaşlığa dair bunları söyləyib: “Bu tarixi vəzifə onu xəyal edən bütün insanlar üçün kosmos uçuşunu mümkün edəcək. “Space Adventures” komandası ilə bu vəzifəni yerinə yetirməkdən qürur duyuruq”.

Q.Şotvell bildirib ki, səyahətin müddəti müştərilərin istədikləri qədər olacaq.

Qeyd edək ki, 1998-ci ildə yaradılan “Space Adventures” şirkəti indiyədək Rusiyanın “Soyuz” kosmik raketlərində Beynəlxalq Kosmos Stansiyasına (ISS) 7 turist göndərib.

“SpaceX” şirkəti isə “Crew Dragon” kosmik gəmisində səyahət edən turistlərin sayının həmişəkindən daha çox, yəni 4 nəfər olacağını vurğulayıb.

“Crew Dragon” kapsulunda kosmosa səyahətin turistlər üçün nəzərdə tutulan məbləği barədə dəqiq məlumat hələlik verilməsə də, qiymətin 62 milyon ABŞ dollarından baha olacağı gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031