SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çində 6 günə tibbi maskalar istehsal edən fabrik tikiləcək

Çində 6 günə tibbi maskalar istehsal edən fabrik tikiləcək
17-02-2020, 18:15

Çinin “China Construction First Group” şirkəti paytaxt Pekində 6 gün ərzində tibbi maskalar istehsal edən yeni fabrik tikmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə bazar ertəsi “Sinhua” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, şirkət işçiləri yeni növ koronavirusun simptomlarını müəyyən etmək üçün gündəlik qaydada tikinti işləri ilə məşğul olanların bədən hərarətini ölçəcəklər. Yeni müəssisənin gündəlik 250 min maska istehsal edəcəyi gözlənilir.

Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı rəsmi təsdiqlənən rəqəmlərə əsasən, 70 548 nəfərə çatıb. Yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930