SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb

Fransanın cənubunda turist təyyarəsi qəzaya uğrayıb
16-02-2020, 23:11

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "France İnfo" radiostansiyası xəbər verib. Hadisə barədə yanğın-xilasetmə xidmətinə və polisə yerli fermerlərdən biri xəbər verib.

Anqulemadan uçan turist təyyarəsi Larzak aerodromunun uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb.

Pilot və üç sərnişin hadisə zamanı yerindəcə həlak olublar. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.

Prokurorluq qəza ilə əlaqədar istintaqa başlayıb. Hüquq-mühafizə orqanları bölgədə bazar günü müşahidə olunan güclü küləyin əsməsini təyyarənin qəzasına səbəb ola biləcəyini istisna etmirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930