SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatdı

Koronavirusdan ölənlərin sayı 1665 nəfərə çatdı
16-02-2020, 09:42

Çində koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusa yoluxanların 1665 nəfəri ölüb, 9419 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

"Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi 31 əyalətdən koronavirusun yeni tipinə yoluxmanın 68 500 təsdiq edilmiş hadisəsi haqqında informasiya aldı. Hazırda 57 416 nəfər (onlardan 11 272 nəfəri ağır vəziyyətdədir - red) xəstədir, 9419 nəfər xəstəxanalardan evə buraxılıb, 1665 nəfər ölüb”, - dövlət komitəsinin xəbərində deyilir.

Honkonqda virusa 56 yoluxma hadisəsi aşkarlanıb. Onlardan 1-i ölüb, 1-i sağalıb, Makaoda 10 yoluxma hadisəsi (onlardan 3-ü artıq xəstəxanalardan evə buraxılıb) aşkarlanıb, Tayvanda 18 nəfər (onlardan 1-i sağalıb) yoluxub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930