SON DƏQİQƏ

naxcivanxeberleri.com

Düyü samanından taxta məhsulları istehsal olunacaq

Düyü samanından taxta məhsulları istehsal olunacaq
14-02-2020, 22:28

Misirdə düyü samanının yandırılması nəticəsində havanın çirklənməsinin qarşısını almaq məqsədilə yeni müəssisə tikiləcək.
NAXCİVANXEBERLERİ.COM Ahram internet portalına istinadla xəbər verir ki, tezliklə istifadəyə veriləcək fabrikdə düyü samanından taxta məhsulları istehsal ediləcək.

Misir hökumətinin tikintisinə 228 milyon dollar vəsait ayırdığı müəssisə Nil çayının deltasında yerləşən Beheyra əyalətində yerləşəcək. Burada mebel sənayesində istifadə olunacaq 205 min kvadrat metr orta sıxlıqlı lif lövhələri istehsal olunacaq. Fabrikin avadanlığı Almaniyanın "Siempelkamp” mühəndislik şirkəti tərəfindən quraşdırılacaq. Alman firması müəssisənin tikintisində də iştirak edəcək. Fabrikin tikintisi barədə kontrakt Qahirədə keçirilən beynəlxalq enerji konfransı çərçivəsində Misirin dövlət "Petrojet”, Almaniyanın "Siempelkamp” şirkətləri və WOTECH texnologiya firması arasında imzalanıb.
Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının tullantılarının təkrar emalı ifrat hava çirkliliyi olan Misirdə hökumətin diqqət mərkəzindədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930