SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Boeing” “737 MAX”da yeni qüsur aşkarlandı

“Boeing” “737 MAX”da yeni qüsur aşkarlandı
6-02-2020, 22:00

“Boeing” şirkətinin mühəndisləri “737 MAX” təyyarələrinin proqram təminatında yeni qüsur aşkarlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə Amerika Birləşmiş Ştatlarının Federal Aviasiya Administrasiyasının (FAA) rəhbəri Stiv Dikson məlumat verib.

Agentliyin məlumatına görə, söhbət sabitləşmə sistemindəki problemlərdən gedir. Qeyd olunub ki, qüsur təyyarə istismara qaytarılmazdan əvvəl həll edilməlidir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi 2019-cu il martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu.

Bundan başqa 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930