SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ronaldu qol sayına görə futbol tarixində Pele və Romariodan sonra 3-cü yerə çıxıb

Ronaldu qol sayına görə futbol tarixində Pele və Romariodan sonra 3-cü yerə çıxıb
2-02-2020, 19:00

İtaliya "Yuventus"unun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu futbol tarixində karyerasındakı qol sayında 3-cü yerə çıxıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 35 yaşlı hücumçu buna A Seriyasının XXII turunda "Fiorentina" ilə görüşdə etdiyi "dubl" sayəsində nail olub.

Ronaldu klub və yığmadakı matçlarda bombardirlik göstəricisini 722 topa çatdırıb. O, 720 qola malik almaniyalı Herd Mülleri geridə qoyub.

Təcrübəli forvardı iki braziliyalı - Pele (767) və Romario (734) üstələyir. Ən yaxşı bombardirlər "altılığ"ına macarıstanlı Ferents Puşkaş (706) ilə "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi (705) də daxildir.

Qeyd edək ki, bu mövsüm Kriştianu Ronaldu 26 oyunda 20 qol vurub və 3 məhsuldar ötürmə verib. "Fiorentina" ilə qarşılaşma "Yuventus"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930