SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaponiyanın "Takanami" hərbi gəmisi Oman körfəzinə yollanıb

Yaponiyanın
2-02-2020, 09:30

Yaponiyanın "Takanami" esminesi Ərəbistan dənizinin şimalı və Oman körfəzi sularında patrul xidmətinə yollanıb.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, "Takanami" esminesinin "Lockheed P-3 Orion" təyyarələri ilə birgə keşik çəkmə xidməti fevral ayının ortalarında başlayacaq. Təyyarələr artıq yanvarın 11-də Okinava adasından xidmət yerinə uçublar.

Əməliyyat bir il müddətinə nəzərdə tutulub və 260 Yaponiyanın özünümüdafiə qüvvələrinin hərbi xidmətçisinin iştirakı ilə keçiriləcək. Yaponiya gəmilərini qorumaq üçün fövqəladə hallarda silahlardan istifadəyə icazə verilib.

Bildirilir ki, Hörmüz Boğazı və Fars Körfəzi İranla tarixi dostluq münasibətlərinə "kölgə salınmaması" üçün patrul zonasına daxil edilməyiblər.

Qeyd edək ki, Yaponiyanın 2020-ci il büdcəsində Oman körfəzində patrul xidmətləri üçün 4,7 milyard yen (təxminən 43 milyon dollar) vəsait ayrılıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930