SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pompeo Qazaxıstanda ticarət və investisiya məsələlərini müzakirə edəcək

Pompeo Qazaxıstanda ticarət və investisiya məsələlərini müzakirə edəcək
2-02-2020, 09:24

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qazaxıstana səfəri zamanı ticarət və investisiya məsələlərini müzakirə etmək niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə diplomat özünün “Twitter” səhifəsində yazıb.

“ABŞ və Qazaxıstan arasında sülh, inkişaf və təhlükəsizlik mövzusunda ortaq maraqlara söykənən strateji əlaqələrin əhəmiyyətini bir daha təsdiqləmək üçün Nur Sultanı ziyarət etməkdən məmnunam. Ticarət, investisiya və ölkələrimizin rifahının yaxşılaşdırılmasına yönəlmiş məsələləri müzakirə edəcəyik”.

Bu gün ABŞ-ın Dövlət katibi Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək. Görüşdə ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəlikdə duran məsələlər müzakirə ediləcək.

Mayk Pompeonun həmçinin dövlət başçısı Kassym-Jomart Tokaev və ilk prezident Nursultan Nazarbayevlə də görüşü nəzərdə tutulub.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930