SON DƏQİQƏ

naxcivanxeberleri.com

Filippin ölkəyə giriş zamanı çinlilərə viza verilməsini dayandırıb

Filippin ölkəyə giriş zamanı çinlilərə viza verilməsini dayandırıb
28-01-2020, 11:12

Filippin İmmiqrasiya Bürosu yeni koronavirusun yayılması qorxusu fonunda Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, Bürodan Filippinin çinli turistlərin ölkəyə girməsini qadağan etmədiyini, sadəcə, səyahət edənlərin axınını yavaşlatmaq və bəlkə də yeni növ koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq üçün bu addımı atdığını bildiriblər.

Qeyd edək ki, çinli turistlər 2017-ci ildən bəri hava limanında viza alaraq Filippinə daxil ola bilirdi.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829