SON DƏQQƏ

naxcivanxeberleri.com

AZAL-dan Çinə səfər edənlərlə bağlı AÇIQLAMA

AZAL-dan Çinə səfər edənlərlə bağlı AÇIQLAMA
28-01-2020, 10:30

Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edilə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə əlaqə saxlanıla bilər: https://help.azal.az/hc/az/requests/new

Xəbər verdiyimiz kimi, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.

Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930