SON DƏQİQƏ

naxcivanxeberleri.com

Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb

Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb
24-01-2020, 21:21

Madaqaskarın şimal-qərb bölgəsini cənginə alan leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb.

NAXCİVANXEBERLERİ.COM AFP-yə istinadən xəbər verir ki, ölkənin Milli Risqlər və Fəlakətlər üzrə İdarəetmə Bürosundan çəltik tarlalarının su altında qalması və ərzaq tədarükünün məhv olması səbəbindən kütləvi aclıq və ərzaq məhsullarının bahalaşması təhlükəsinin ortaya çıxdığı bildirilib.

Belə ki, təbii fəlakət nəticəsində ölkənin şimal-qərbini qalan bölgələrlə birləşdirən yolun 700 metrlik hissəsi dağılıb.

Yaranmış vəziyyətlə bağlı müxalifət ölkə prezidenti Andri Racelinanı fövqəladə vəziyyət tətbiq etməyə çağırıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829