SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna əhalisinin sayı kəskin azalıb

Ukrayna əhalisinin sayı kəskin azalıb
23-01-2020, 16:29

Ukrayna əhalisinin sayı açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM “Meduza”ya istinadən xəbər verir ki, 2019-cu ilin dekabrın 1-nə görə Ukrayna əhalisi 37 milyon 289 min nəfər olub.

Məlumata görə, siyahıyaalınma elektron test formasında aparılıb. Bu statistikada Ukraynanın nəzarət altında olmayan Krım, Luqansk və Donetsk bölgələrinin əhalisi nəzərə alınmayıb.

Qeyd edək ki, müstəqil Ukraynanın tarixində yeganə siyahıyaalınma 2001-ci ilin dekabrın 5-də baş tutub. Nəticələrə görə, ölkədə 48 milyon 457 min nəfər yaşayıb.

Beləliklə, son 18 ildə Ukrayna əhalisinin sayı 11 milyon azalıb.

1989-cu ildə SSRİ-nin siyahıyaalınmasına görə, Ukrayna əhalisi 51 milyon 707 min olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829