SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Haftarla danışıqlar masasına əyləşməkdən imtina edib

Ərdoğan Haftarla danışıqlar masasına əyləşməkdən imtina edib
20-01-2020, 23:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Liviya milli ordusunun başçısı Xəlifə Haftarla danışıqlar masasına əyləşməyəcək.

Bu barədə “A Haber” telekanalı bildirib.

"Mən dərhal Rusiya Federasiyası prezidenti Vladimir Putinə dedim ki, biz vasitəçi rolunu qəbul etmirik. Putin bildirdi ki, Haftarı öz üzərinə götürəcək və problemi həll etmək üçün mənə Fayiz Sərracın Milli Razılıq Hökuməti ilə işləməyi təklif etdi. Bizim onunla yanaşmamız belədir. Ümumiyyətlə mən siyasi nöqteyi-nəzərimə uyğun olaraq terrorçu ilə bir masa ətrafına əyləşməyəcəm və ona əyləşməyə imkan verməyəcəm", - Türkiyə lideri bildirib.

Liviyada münaqişənin nizama salınması üzrə beynəlxalq konfrans daha əvvəl Berlində AFR-ın Federal Kansleri İdarəsində keçirilib. Konfransda Rusiya prezidenti Vladimir Putin, ABŞ dövlət katibi Maykl Pompeo, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa lideri Emmanuel Makron, BMT baş katibi Antoniu Quttereş, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin İtaliya, Çin, BƏƏ, Misir, Əlcəzair, Avropa Birliyinin və Afrika İttifaqının nümayəndələri iştirak ediblər.

Konfransın nəticəsinə əsasən iştirakçılar ölkədə barışığı razılaşdırıblar, həmçinin silah tədarükünə embarqo və münaqişə tərəflərinə hərbi dəstəyin dayandırılması ilə bağlı razılaşmaya gəliblər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31