SON DƏQİQƏ

naxcivanxeberleri.com

Beş ölkə “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb edib

Beş ölkə “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb edib
16-01-2020, 21:49

“İran Tehran yaxınlığında Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı hərtərəfli araşdırma aparmağa və ölən sərnişinlərin yaxınlarına kompensasiya ödəməyə borcludur”.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə qəzaya uğrayan təyyarədə sərnişinləri olan beş ölkənin birgə bəyanatında deyilir.

Qeyd edək ki, Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna Xarici işlər nazirləri Londonda görüşərək İran tərəfindən aparılan təhqiqatın gedişatını müzakirə ediblər.

Bildirilib ki, İran hərtərəfli, müstəqil və şəffaf beynəlxalq araşdırma aparmalıdır. Qeyd olunub ki, ölkələr İran hakimiyyətinin əməkdaşlığa hazır olmasını alqışlayır.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31