SON DƏQİQƏ

naxcivanxeberleri.com

BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb

BMT Liviyada tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb
14-01-2020, 23:30

BMT Liviyada tərəfləri yanvarın 12-də elan olunmuş atəşin dayandırılması rejiminə əməl etməyə çağırır.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

"Biz tərəfləri yanvarn 12-də başlanmalı olan atəşin dayandırılması rejiminə əməl olunmasına davam etməyə çağırırıq. Biz ümid edirik ki, Berlin konfransı Liviyadadaxili dialoqun davam etdirilməsinə beynəlxalq dəstəyi nümayiş etdirəcək", - Dyujarrik deyib.

O, həmçinin xarici müdaxilənin dayandırılması və Liviya ilə bağlı silah embarqosuna tam riayət edilməsi zəruriliyini qeyd edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829