SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb

Qanada avtobus qəzası baş verib, 34 nəfər ölüb, 59 nəfər yaralanıb
14-01-2020, 20:02

Bu gün səhər saatlarında Qananın Dompoase şəhərində iki sərnişin avtobusunun toqquşması nəticəsində 34 nəfər ölüb.

NAXCİVANXEBERLERİ.COM GNA-ya istinadən xəbər verir ki, bunlardan 29 nəfəri hadisə yerində, 5 nəfəri isə xəstəxanada keçinib.

Ölənlər arasında 15 qadın və üç uşaq da var ki, bunlardan biri bir yaşlı körpədir. Həmçinin 59 yaralı xəstəxanalara yerləşdirilib, bunlardan bəziləri ağır vəziyyətdədir.

Hadisə yerinə yanğın xidmətinin bölmələri cəlb edilib.

Qeyd edək ki, ötən il respublikada 13 877 yol qəzası baş verib, nəticədə 2284 nəfər ölüb, 14 397 nəfər də xəsarət alıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031