SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ Çini "valyuta manipulyatorları" siyahısından çıxaracaq

ABŞ Çini "valyuta manipulyatorları" siyahısından çıxaracaq
14-01-2020, 13:40

ABŞ hökuməti, iki ölkə arasında bu həftə planlaşdırılan ticarət əməliyyatının birinci mərhələsinin imzalanması ərəfəsində Çini "valyuta manipulyatorları" siyahısından çıxarmaq niyyətindədir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

ABŞ Maliyyə Naziriliyi tezliklə düzəliş ediləcək altı ayın hesabatını yayımlamaq niyyətindədir. Sənədin dərc edilməsinin tərəflərin əməliyyatın müddəalarını müəyyənləşdirmək səbəbindən gecikdiyi qeyd olunur. Bu arada ABŞ Maliyyə Nazirliyi bu məlumatı təsdiqləməkdən imtina edib.

Xatırladaq ki, avqustun 5-də ABŞ Maliyyə Nazirliyi Çini "valyuta manipulyatoru" adlandırıb və Pekindən "şəffaf valyuta siyasəti" tələb edib. Cavab olaraq Çin Mərkəzi Bankı, Vaşinqtonun qərarının əsassız olduğunu, qlobal iqtisadiyyatın və qlobal maliyyə sisteminin bərpasına mənfi təsir göstərəcəyini bildirib.
2019-cu ilin 31 dekabrında D.Tramp, Çin ilə ticarət sazişinin birinci mərhələsi ilə əlaqədar 15 yanvarda Ağ Evdə məhdudiyyətsiz saziş imzalayacağını açıqlamışdı.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31