SON DƏQİQƏ

naxcivanxeberleri.com

Güclü qar Gürcüstanda fəsadlar yaradıb

Güclü qar Gürcüstanda fəsadlar yaradıb
13-01-2020, 15:30

Gürcüstanın Acarıstan Muxtar Respublikasında ikinci gündür davam edən güclü qar bir sıra fəsadlar törədib.

Bölgənin yüksək dağlıq rayonlarında qarın hündürlüyü bir metrə çatır.

İntensiv yağıntı Şuaxevi və Xulo rayonlarında daha ciddi problemlər yaradıb. Rayonların bir neçə kəndində elektrik enerjisinin təminatında məhdudiyyətlər yaranıb, yollar avtomobillərin hərəkəti üçün keçilməz olub. Kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Güclü qar səbəbindən Acarıstanın Qoderdzi dağ kurortu yaxınlığında turistlərin olduğu avtomobil yolda qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Gürcüstanda intensiv qar və aşağı temperatur səbəbindən bəzi ölkədaxili yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Report

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930