SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çavuşoğlu Tbilisiyə səfərə gəlib

Çavuşoğlu Tbilisiyə səfərə gəlib
22-12-2019, 23:22

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə formatlı xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Tbilisiyə səfərə gəlib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb.

M.Çavuşoğlu bildirib: "Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisidəyik".

Qeyd edək ki, sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.

Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı imzalanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930