SON DƏQQƏ

naxcivanxeberleri.com

"Olimpiya" manifesti auksiona çıxarılıb

"Olimpiya" manifesti auksiona çıxarılıb
15-12-2019, 23:40

Müasir Oyunların banisi Pyer de Kubertenin "Olimpiya" manifesti "Sotheby" auksionunda satışa çıxarılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilkin qiymət olaraq manifest 500 min dollara dəyərləndirilib. Auksion 18 dekabrda başlanacaq.

Pyer de Kuberten məşhur manifestini 1889-cu ildə qələmə alıb. Müasir Olimpiya Oyunlarının əsasları izah edilən 14 vərəqdə, Kuberten "Millətlər arasında mübarizə ancaq idmanda olmalıdır" fikrini təkid edir.

P.Kuberten, Olimpiya Oyunlarının dirçəldilməsinin təşəbbüskarı, Oyunların gerbinin, habelə "Daha sürətli, daha yüksək, daha güclü" şüarının müəllifidir. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Olimpiya Oyunları zamanı nəciblik və ruh sədaqəti nümayiş etdirənlərə təqdim edilən xüsusi mükafat onun şərəfinə adlandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930