SON DƏQQƏ

naxcivanxeberleri.com

Mövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"

Mövlud Çavuşoğlu: "Türkiyə ona qarşı sanksiyalara cavab verəcək"
15-12-2019, 09:45

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin ABŞ-ın "ZRK Patriot" zenit-raket komplekslərini almağa hazır olduğunu bildirib.
NAXCİVANXEBERLERİ.COM "Al Manar" telekanalına istinadən xəbər verir ki, bu barədə nazir Dohada (Qətər) keçirilən işgüzar forumda bildirib.

"Türkiyə ABŞ-ın əvvəlki kimi müttəfiqimiz olmasına inanır və biz onların müttəfiqiyik. Heç kim S-400 alması üzrə Rusiya ilə sazişi ləğv edə bilməz, bu baş tutmuş sazişdir. Rusiyanın təklifi daha çox əlverişli idi. İndi biz Amerikanın "Patriot" sistemlərini almağa hazırıq və Birləşmiş Ştatlardan cavab gözləyirik", - Çavuşoğlu deyib.

Nazir həmçinin xəbərdarlıq edib ki, Türkiyə ona qarşı Rusiyanın S-400 zenit-raket sistemlərini almasına görə tətbiq edilmiş istənilən sanksiyalara cavab verəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930