SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Üçüncü günün adamı” bədii filmi Bolqarıstan auditoriyasına nümayiş etdirilib-FOTO(Özəl)

“Üçüncü günün adamı” bədii filmi Bolqarıstan auditoriyasına nümayiş etdirilib-FOTO(Özəl)
24-01-2019, 10:11

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçirilən 11-ci Sofiya MENAR Film Festivalı çərçivəsində nümayiş etdirilib. Filmin təqdimatı Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Sofiyanın “Kino Evi”ndə keçirilmiş Azərbaycan kino gecəsində baş tutub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, gecəni açan Sofiya MENAR Film Festivalının təşkilatçıları Zdravko Grigorov və Angel Hadjiyski qonaqları salamlayaraq filmin festival çərçivəsində nümayiş vaxtları barədə məlumat vermişdir.

Daha sonra çıxış edən səfir Nərgiz Qurbanova ötən il Azərbaycan kinematoqrafın 120 illik yubileyinin qeyd olunduğunu qonaqların diqqətinə çatdıraraq il ərzində Azərbaycan filmlərinin Bolqarıstanın Sofiya, Burqas, Varna, Plovdiv, Sozopol və Ruyen şəhərlərində nümayiş etdirildiyini bildirmişdir. “Üçüncü günün adamı” filminin ssenarisindən söz açan N.Qurbanova onun 2014-cü ildə ölkəmizin işğal olunmuş Kəlbəcər rayonunda valideynlərin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyini əks etdirdiyini söyləmişdir. Beynəlxalq ictimaiyyət tərəfindən sərt qınağa baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də əsirlikdə olduğu vurğulanmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma separatist rejim tərəfindən onlar üzərində qurulmuş saxta “məhkəmə prosesi” nəticəsində Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edildiyini qeyd edən səfir “Üçüncü günün adamı” filminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən didərgin salınmış 1 milyon Azərbaycanlının faciəsindən bəhs etdiyini diqqətə çatdırmışdır.

O, həmçinin, sözügedən filmin 2017-ci ildə Kanadada 41-ci Monreal Dünya Film Festivalı və Misirdə 39-cu Qahirə Beynəlxalq Film Festivalında nümayiş etdirildiyini, 5-ci Antakya Beynəlxalq Film Festivalında isə “Ən yaxşı kişi roluna görə” mükafatlandırıldığını söyləmişdir.

Gecədə Bolqarıstanın dövlət qurumlarının nümayəndələri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, incəsənət xadimləri, iş adamları və kinosevərlər iştirak etmişdir.

Qeyd olunmalıdır ki, “Üçüncü günün adamı” filmi 15-31 yanvar 2019-cu il tarixini əhatə edən MENAR festivalı çərçivəsində müxtəlif tarixlərdə 3 fərqli kinoteatrda nümayiş etdirilmişdir.
“Üçüncü günün adamı” bədii filmi Bolqarıstan auditoriyasına nümayiş etdirilib-FOTO(Özəl)“Üçüncü günün adamı” bədii filmi Bolqarıstan auditoriyasına nümayiş etdirilib-FOTO(Özəl)
“Üçüncü günün adamı” bədii filmi Bolqarıstan auditoriyasına nümayiş etdirilib-FOTO(Özəl)

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031