SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çilidə 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb

Çilidə 38 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb
10-12-2019, 13:30

Çili Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və göyərtəsində 38 nəfər daşıyan "Hercules C130" hərbi təyyarəsi Antarktidaya uçarkən radarlardan itib.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, Çili HHQ mətbuat xidmətinin yaydığı məlumatda təyyarənin dünən gecə Bakı vaxtı ilə saat 00:55-də havaya qalxdığı, 01:13-də isə təyyarə ilə əlaqənin itdiyi bildirilib.

Göyərtəsində 38 nəfərin - 17 ekipaj üzvü və 21 sərnişinin olduğu təyyarə qəzaya uğramış kimi qəbul olunur. Çünki hazırda axtarışlar nəticə verməyib və təyyarədəki yanacağın qurtarması ehtimal edilir.

Axtarışlara təyyarə və gəmilər cəlb olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031