SON DƏQİQƏ

naxcivanxeberleri.com

Fransada 1 tondan ağır olan hərbi pilotsuz təyyarə qəzaya uğrayıb

Fransada 1 tondan ağır olan hərbi pilotsuz təyyarə qəzaya uğrayıb
8-12-2019, 11:00

“Patroller” hərbi pilotsuz uçuş aparatı Fransanın İstr şəhərində sınaq uçuşu zamanı qəzaya uğrayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti pilotsuz uçuş aparatın istehsalçısı olan “Safran” şirkətinə istinadən məlumat yayıb.

Fransa Hərbi Hava Qüvvələrinin İstr şəhəri yaxınlığındakı bazasından uçan hərbi pilotsuz təyyarə Sen-Mitr-le-Rampard kəndi yaxınlığında yerə çırpılıb.

Qanadları 18 metr olan aparatın qəzaya uğraması nəticəsində heç kim xəsarət almayıb.

Ağırlığı bir tondan çox olan “Patroller” taktiki pilotsuz uçan aparatları yerüstü qüvvələrin hərəkətlərinin əlaqələndirməsində nəzarət və kəşfiyyat rolunu oynayır. İlkin məlumatlara görə, Fransa ordusu 2020-ci ildə 14 belə dron almalıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031