SON DƏQİQƏ

naxcivanxeberleri.com

Meksikanın cənubunda nəhəng neft yatağı aşkarlanıb

Meksikanın cənubunda nəhəng neft yatağı aşkarlanıb
7-12-2019, 10:32

Meksika dövlətinə məxsus neft və qaz şirkəti "Pemex", ölkənin cənub-şərqindəki Tabasko bölgəsində "Keski" adlı verilmiş neft yatağı kəşf edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu şirkətin baş direktoru Ocktavio Romero Oropesa dekabrın 6-da ölkənin prezidenti Andres Manuel Lopes Obradora açıqlayıb.

Oktavio Oropesa internet səhifəsində yazıb: "Cənab Prezident, 500 milyon barel neft ekvivalenti olan nəhəng bir yatağın mövcudluğunu təsdiqləyə bilərik". "Pemex" bu kəşfi 1987-ci ildən bəri ölkənin cənubunda edilənlərin ən mühümü adlandırıb.
Cari ilin may ayında Lopes Obrador üç böyük bankla "Pemex" borcunu qismən maliyyələşdirmək üçün müqavilə imzaladığını elan etmişdi. Bundan əvvəl dövlət başçısı dəfələrlə ölkənin neft sənayesinin inkişafına xüsusi diqqət yetirəcəyini bildirmiş, bir neçə milyard dollar sərmayə qoyacağını və hasilatı gündə 2,5 milyon barel səviyyəsinə çatdıracağına söz vermişdi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031