SON DƏQİQƏ

naxcivanxeberleri.com

ABŞ "Amazon" filiallarını kontrafakt məhsullar satanlar siyahısına sala bilər

ABŞ
7-12-2019, 09:55

ABŞ hökuməti, "Amazon" şirkətinin bəzi xarici filiallarının kontrafakt məhsullar yayan ticarət platformaları siyahısına salınma ehtimalını nəzərdən keçirir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, müvafiq tədbirlər, hər il saxta və pirat malların satışını asanlaşdıran və ya yayan bazarların siyahısını dərc edən ABŞ-ın Ticarət Nümayəndəliyi tərəfindən həyata keçirilə bilər. Siyahının yaxın bir neçə həftə ərzində yayımlanacağı qeyd olunur və hələlik yekun qərar verilməyib. Mənbələrə görə, keçən il oxşar təşəbbüs uğursuz olub.

Öz növbəsində, onlayn rieltor mağazasında saxta məhsulların satışını qəti qadağan etdiyini və mağazanın, müştərilərin və markaların qorunmasına çoxlu sərmayə qoyulduğunu söyləyib."Amazon" dünyanın ən böyük onlayn pərakəndə satıcılarından biridir. ABŞ-dan əlavə şirkət Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir. Amazon.com onlayn mağazası 1995-ci ilin iyulunda fəaliyyətə başlamışdır. 30 iyun 2018-ci il tarixinə şirkət işçiləri 575,7 min nəfər təşkil etmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031