SON DƏQİQƏ

naxcivanxeberleri.com

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq
3-12-2019, 14:30

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib.

NAXCİVANXEBERLERİ.COM xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir.

Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də, hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri də "Saudi Aramco"nun səhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb.

Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 20%-ni satmaqla 25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031