SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"

Ərdoğan: "NATO terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir"
3-12-2019, 14:00

“NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun yenilənməyə ehtiyacı var. 2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, - Türkiyə prezidenti deyib.

Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir: “Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər, Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31